BolgeXeber.Com » Xəbərlər » Təşkilat sədri "Kontakt" mağazasını ifşa etdi: "Deyirlər get kimə istəyirsən şikayət et"

Təşkilat sədri "Kontakt" mağazasını ifşa etdi: "Deyirlər get kimə istəyirsən şikayət et"

6-02-2017, 20:58
Oxunub: 2 166 Təşkilat sədri "Kontakt" mağazasını ifşa etdi: "Deyirlər get kimə istəyirsən şikayət et""Təmiz dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Kontakt" mağazasından şikayətçidir

AZXEBER.COM xəbər verir ki, xanım təşkilat sədri bununla bağlı şirkətdən şikayətçilərə də müraciət edib: ""Kontakt" telefon satış şəbəkəsi ölkəyə "brak" Samsunq telefonları gətirib. Müşətərilərə satılan telefon uzağı bir həftə işləyir. Satış servizi diaqnostikaya göndərir. Demək bir gündə eyni telefondan ən azı bir on nəfər diaqnostikaya gəlir və hamiya yalandan deyirlər ki, telefona su düşüb.


Təşkilat sədri qeyd edib ki, şirkət işçiləri heç kimdən qorxmadıqlarını da deyiblər: "İşi məhkəməyə verəcəyik" deyənlərə isə "get kimə istəyirsən de" deyirlər. İnsanların bu gərgin vaxtında belə dələduzluğa arxayınlıqla cavab verənlər kimə güvənir?"

Qeyd edək ki, bu "Kontakt" mağazasından gələn ilk şikayət deyil. Bundan öncə də şirkət haqda mətbuatda tənqidi yazılar yayımlanıb.