BolgeXeber.Com » Xəbərlər » Deputat dərman monopoliyasından danışdı: "Satıcılar az qala fəryad qoparır"

Deputat dərman monopoliyasından danışdı: "Satıcılar az qala fəryad qoparır"

7-02-2017, 14:54
Oxunub: 2 575 Deputat dərman monopoliyasından danışdı: "Satıcılar az qala fəryad qoparır""Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar"

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bu sözləri deputat Fazil Mustafa deyib.

Millət vəkili onu da qeyd edib ki, icbari tibbi sığorta olmadığına görə, minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur:

"Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, "artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi çitramon, korvalol, valerian, vitaminlər heç nə yoxdur. Xahiş edirik bizə kömək edin!" Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə, minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur". Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim.

Fazil Mustafa problemin səbəblərindən danışarkən dərman bazarındakı inhisarçılığa da toxunub:

"Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər".