BolgeXeber.Com » Xəbərlər » İlhamə Quliyevanın köməkçisi azadlığa çıxdı

İlhamə Quliyevanın köməkçisi azadlığa çıxdı

7-02-2017, 18:06
Oxunub: 2 420 İlhamə Quliyevanın köməkçisi azadlığa çıxdıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Report-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, ona 1 il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.Xatırladaq ki, prokuror çıxışında M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
İlhamə Quliyevanın köməkçisi azadlığa çıxdı