BolgeXeber.Com » Xəbərlər » Vahid Əhmədov: “Bir müddətdən sonra dollar yenidən bahalaşacaq”

Vahid Əhmədov: “Bir müddətdən sonra dollar yenidən bahalaşacaq”

9-02-2017, 16:52
Oxunub: 2 035  Vahid Əhmədov: “Bir müddətdən sonra dollar yenidən bahalaşacaq”Manata nisbətən dolların ucuzlaşması müvəqqəti prosesdir və ciddi iqtisadi amillərə əsaslanmır

Hələlik Azərbaycan Mərkəzi Bankının manatın möhkəmlənməsinə getməsinin səbəblərini müəyyən etmək çətindir.

Bunu virtualz.org-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun fikrincə, çox güman ki, AMB dolları ucuzlaşdırmaqla Amerika valyutasını toplamaq istəyir. Lakin bir müddətdən sonra dollar yenidən bahalaşacaq.

Banklarda dolların alış və satış qiymətləri arasında böyük fəırqi şərh edərək, V.Əhmədov bildirib ki, 4%-lik marjanın aradan qaldırılması düzgün addım idi və həmin marja bazar prinsiplərinə zidd idi. “Lakin lazım gələrsə, AMB dolların alış və satış qiymətlərindəki fərqi tənzimləyə bilər”, - deputat deyib.

“Düşünürəm ki, ölkənin valyuta bazarında qiymətlərin belə tərəddüdləri hələ 5-6 ay davam edəcək və ilin sonunda manat özünün real qiymətini tapacaq”, - Vahid Əhmədov qeyd edib.