BolgeXeber.Com » Xəbərlər » “Azəriqaz”ın baş direktoru: Təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər

“Azəriqaz”ın baş direktoru: Təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər

9-02-2017, 18:19
Oxunub: 2 751 “Azəriqaz”ın baş direktoru: Təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər"Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?"

Məcburi köçkünlərin üzləşdiyi təbii qaz problemi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istədik. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirdi.

Bolgexeber.com onunla unikal.org-un əməkdaşı arasında olan qısa dialoqu olduğu kimi təqdim edir:

- Salam Əkbər müəllim.

- Salam.

- Unikal.org saytından narahat edirik.

- Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...

- Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? Planda varmı?

- Məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik.

- Qazı “Qaçqınkom” çəkməlidir?

- Bəli, sifarişçi onlardır.

Əkbər Hacıyev digər sualımızı dinləmədən telefonu söndürdü.