BolgeXeber.Com » Xəbərlər » Mehman Hüseynovun məhkəməsi oldu

Mehman Hüseynovun məhkəməsi oldu

10-02-2017, 12:47
Oxunub: 3 408 Mehman Hüseynovun məhkəməsi olduNəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə başlayıb

Sabunçu rayon Məhkəməsində hakimi Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə Mehman Hüseynov vəkili Elçin Sadıqov məhkəmədən şiakyət tanış olmadıqlarını əsaslandıraraq vaxt istəyib.

Hakim onun istəyini təmin edərək məhkəmənin hazırlıq iclasını fevralın 17-ə təyin edib.

Qeyd edək ki, Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.


Lent.az