BolgeXeber.Com » Xəbərlər » "Gənclik Mall”un qarşısında kütləvi dava qız üstündə olub - TƏFƏRRÜAT

"Gənclik Mall”un qarşısında kütləvi dava qız üstündə olub - TƏFƏRRÜAT

10-02-2017, 16:05
Oxunub: 1 985 "Gənclik Mall”un qarşısında kütləvi dava qız üstündə olub - TƏFƏRRÜATXəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb

"Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, davaya səbəb Namiq İsmayılovun qıza sataşması olub. Belə ki, aralarında yaranan anlaşılmazlığı "Gənclik Mall"ın önündə davam etdirən gənclər sonda bıçağa əl atıblar və İsmayılov bıçaqlanıb.

Qeyd edək ki, Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.