BolgeXeber.Com » Xəbərlər » Kadrı Ziya Məmmədovun işdən çıxarılması HAQQINDA: “Öz canımın hayındayam”

Kadrı Ziya Məmmədovun işdən çıxarılması HAQQINDA: “Öz canımın hayındayam”

13-02-2017, 17:46
Oxunub: 3 251 Kadrı Ziya Məmmədovun işdən çıxarılması HAQQINDA: “Öz canımın hayındayam”Məlum olduğu kimi prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Naziliyi ləğv edildi

Unikal.org Ziya Məmmədovun kadrı kimi tanınmış, bir neçə ay bundan əvvəl vəzifədən azad olunaraq Kənd Təsərrüfatı Nazirliyinə şöbə müdirinin müavini təyin edilən Mübariz Ağayevdən qısa müsahibə alıb.

Onunla qısa müsahibəni təqdim edirik:

-Mübariz müəllim salam, necəsiniz?

-Salam. Heç yaxşı deyiləm. Pensiyada olan adam necə olmalıdı?

-Normal pensiya alırsınız?

-Hələki bilmirəm nə qədər pensiya alacağam. Biri deyir 700, başqası deyir 500 manat alacam.

- Kənd Təsərrüfatı nazirliyinə gedib gəlisiniz?

- Həftədə bir-iki dəfə gedirəm işə.

-Prezientin Ziya Məmmədovla bağlı imzaladığı sərəncama münasibətinizi bilmək istərdik...

-Sərəncamdan xəbərsizəm, öz canımın hayındayam.

-Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik ləğv olundu. Sizcə Ziya müəllimə vəzifə veriləcək?

-Niyə də verilməsin. Ziya müəllim kimə nə pislik edib? Yəqin ki, iş verərlər. Ziya müəllim həmişə hər şeyi hamıdan yaxşı edib.