BolgeXeber.Com » Xəbərlər » “Hər şey edərəm, tualet də yuyaram...” -Sabiq məmurdan utancverici sözlər

“Hər şey edərəm, tualet də yuyaram...” -Sabiq məmurdan utancverici sözlər

16-02-2017, 13:14
Oxunub: 1 881 “Hər şey edərəm, tualet də yuyaram...” -Sabiq məmurdan utancverici sözlərRusiya Federal gömrük xidmətinin keçmiş rəhbəri Andrey Belyaninov yenidən dövlət qulluğuna təyin olunacağını gözləyir

O, prezident Vladimir Putinin ona yeni iş yeri təklif edəcəyini gözləyir, amma hansı sahədə olacağını bilmir.

“Mən gələcəyimi dövlətə xidmətlə bağlayıram”, - keçmiş məmur bunu deməklə istənilən xidmət sahəsində qulluğa hazır olduğunu söyləyib.
“Hər şey edərəm, tualet də yuyaram...” -Sabiq məmurdan utancverici sözlər


“Mən prezident hara təyin etsə, işləməyə hazıram. Hər şey edə bilərəm: tualet də yuya bilərəm, qubernator da ola bilərəm”, - Belyaninov əlavə edib.
Federal gömrük xidmətinin sabiq rəhbəri onu da qeyd edib ki, o, çox kasıb olmadığından yüksək əmək haqqın olmayan işə də gedə bilər.

Andrey Belyaninov 10 il – 2006-cı ildən 2016-cı ilədək Federal gömrük xidmətinə rəhbərlik edib.
Ötən il Peterburqdanolan milyarder Dmitri Mixalçenkonun təşkil etdiyi spirtli içki qaçaqmalçılığı ilə bağlı cinayət işinin araşdırlması zamanı İstintaq Komitəsi Belyaninov və müavinini də yoxlayıb.
Müstəntiqlər Belyaninovun evində ayaqqabı qutusunda saxlanılan bəyannamədən gizlətdiyi 9,5 milyon rubl, 390 min dollar və 350 min avro aşkar ediblər. O, bu məbləğin şəxsi əmanəti olduğunu bildirib.

Müstəntiqlər Belyaninovu yoxlayıblar və o iş üzrə şahid kimi qalıb. Üstündən bir neçə gün keçmiş öz istəyi ilə vəzifəsindən azad olunması üçün raport yazıb.
2016-cı ilin avqust ayında RNS Belyaninovun Avrasiya İnkişaf Bankının idarə heyətinin sədri vəzifəsinə namizədliyinin müzakirə edildiyi haqda məlumat yayıb.(Modern.az )