BolgeXeber.Com » Xəbərlər » Şəfiqə Məmmədova "Cəbiş müəllim"dəki intim görüntülərdən danışdı: "Burada nə var ki?"

Şəfiqə Məmmədova "Cəbiş müəllim"dəki intim görüntülərdən danışdı: "Burada nə var ki?"

20-02-2017, 21:51
Oxunub: 3 417 Şəfiqə Məmmədova "Cəbiş müəllim"dəki intim görüntülərdən danışdı: "Burada nə var ki?"  "Bizim Cəbiş müəllim" filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib

Bolgexeber.com qafqazinfo-ya istinadla xəbər verir ki, filmin sonunda Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb. Kəsilən kadrları tədqiqatçı Füzuli Sabiroğlu "YouTube"da yerləşdirib. Ekran işinin əsas qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Xalq artisti Şəfiqə Məmmədova həmin məsələni aktuallaşdıranları səviyyəsiz adlandırıb: "Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?+ Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?". Qeyd edək ki, filmin adı əvvəl "O, əsgər deyildi" olub, daha sonra dəyişdirilib.