Ziya Məmmədov təşkilat komitəsindən də çıxarıldı
21-02-2017, 14:18
Oxunub: 1 967
Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi
Sərəncamdan sonra Ziya Məmmədov nazir vəzifəsini itirmiş oldu.
Bundan başqa, sabiq nazir Prezidentin 18 noyabr 2015-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı sərəncamla təşkilat komitəsinin üzvləri sırasında təmsil olunurdu.
Dia.az Unikal.org-a istinadən xəbər verir ki, Ziya Məmmədov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, sabiq nazir 2017-ci ildə Bakıda keçiriləcək Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Təşkilat Komitəsinin üzvlüyündən də çıxarılıb.
Beləliklə, Ziya Məmmədov nazir postundan getməklə daha üç vəzifəsini itirmiş oldu. Onu da nəzərə çatdıraq ki, Ziya Məmmədovu həmin vəzifələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əvəzləyəcək.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər