"Çudo Peçka" tamamilə çökür - Maaşları kim verəcək?
22-02-2017, 15:45
Oxunub: 1 904
Bir zaman qənnadı məhsulları və fast-fud üzrə Azərbaycandakı ən geniş şəbəkə olan "Çudo Peçka" mağazalarının artıq cəmi bir filialı - Ağa Nemətulla küçəsindəki - fəaliyyət göstərir
Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, belə olduğu təqdirdə şirkətin xeyli əməkdaşı işsiz qalıb. Onlar 8 aydan çoxdur ki, maaşlarını da ala bilmirlər. 2009-cu ildən Binəqədi rayonu, Cəfər Xəndan 36 A küçəsində yerləşən "Çudo peçka" mağazasında çalışan İmran Rzayev də aylardır maaşını ala bilməyənlərdəndir. Redaksiyamıza dəfələrlə müraciət edən İ.Rzayev heç bir qurumun onlara kömək etmədiyini, çox çətin vəziyyətdə qaldığını bildirib:
"Artıq bilmirik nə edək. 700-dən çox işçiyik, müraciət etmədiyimiz yer qalmayıb. Baş ofis Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə bağlanıb. Şirkətin rəhbəri Anar Cəlilovu heç kim tapa bilmir. İş məhkəmədədir, ancaq məhkəmənin də necə getməsi sual altındadır. Çox çarəsiz vəziyyətdə qalmışıq".
"Qafqazinfo" bir neçə gündür, şirkətlə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb. Saytda göstərilən nömrələrin heç biri cavab vermir.
Qeyd edək ki, şirkət son aylarda ciddi maliyyə sıxıntısı yaşayır və bu ay "Əhmədli", "Neftçilər" və "28 May" stansiyalarının yaxınlığında yerləşən mağazalarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər