Ağsu RMX - da BİABIRÇILIQ : Əli Hüseynovun xəstəxana MACƏRALARI
22-02-2017, 18:21
Oxunub: 2 904
Son vaxtlar Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlar adi hala çevrilib
Bu barədə rayonda daxil olan məlumatlarda bildirilir. Bir qrup şikayətçini redaksiyaya ünvanladığı şikayət məktubunda bildirilir ki, rayon xəstəxanasında rüşvət o həddə çatıb artıq burda xadimələrdə xəstə sahiblərindən pul tələb edir. Həkimi qəbuluna düşməktə tutmuş müayinəyə və dövlət tərəfindən pulsuz nəzərdə tutula dərmalara qədər özbaşınalıq var. Yəi pulun yoxdusa ölməlisən vəssalam. Şikayətçilər onuda bildiriblər ki, rayon əhalisi arasında xəstəxana ilə bağlı bir nəfər belə xoş söz söyləyən tapılmaz. Xəstəxananın girişindən çıxışına qədər rüşvətlə yoğrulmuş bu səhiyyə ocağı insanlara xidmətdən çox baş həkimin pul dağarçığına müavini Əli Hüseynovun isə eşq-məşq məkanına çevrilib.
Şikayətçilərin yazdığına görə, baş həkim müavini həmdə rayonda YAP-ın sədiri Əli Hüseynov axrıncı dəfə partiyanın qərərgahına getdiyi yadından çıxıb. Çünki onu RMX-ya bağlıyan tək bir səbəb var - " ağ xalatlı mələk..." Bu səbəbdən də otağının qapısı hər vaxt bağlı olur. Və otaqda ola - ola xəstələrin qarşısına çıxmır. Bir sözlə bu şəxsi düşündürən iki qüvvə var, biri özü, o biri isə bəzi səbəblərdən adını çəkmək istəmədiyimiz şəxs...
Bundan başqa rayon mərkəzi xəstəxanasına Səhiyyə nazirliyi tərəfindən verilən, 170 adda olan dərmanların vətəndaşlara pulla verilməsidir. Bunlardan ən əsası isə şəkər diabedli xəstələrə verilən insullinlərdir ki, bunu da pulsuz əldə etmək müşkül məsələyə çevrilib. Dövlət qayğısını görə bilməyən xəstələr dərman əldə etmək üçün evlərinin əşyalarını belə satmaqdan çəkinmirlər. Ağsu Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə nazirliyi tərəfindən qeydiyyatda olan xəstələrə ayrılmış pulsuz dərmanların pulla satılması həqiqətən də acınacaqlı vəziyyətin hökm sürməsindən xəbər verir. Bu dərmanlar isə xəstəxananın 5 metrliyində yerləşən Əli Hüsynovun apteki kimi tanınan satış məntəqəsində hər kəsə satılır.
Şikayətçilər məktubda Ağsu rayonunda baş alıb gedən özbaşınalıqlarla və qanunsuzluqlarla bağlı ölkə başçısından kömək istəyirlər. Onlar bildirirlər ki, "CƏNAB PREZİDENT son ümid yerimiz Sizsiniz; bizləri bu məmurların caynağından qurtarın!"
Azerinews.tv
Bolgexeber.com olaraq qarşı tərəfin fikirlərini dinləyə bilərik!
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər