BolgeXeber.Com » Xəbərlər » Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTO

Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTO

24-02-2017, 11:54
Oxunub: 3 077 Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTOLerik rayon Orand kəndində ötən gün baş vermiş qar uçqunu nəticəsində sağ qalmış Elcan Mustafayevin səhhəti normaldır

Bu barədə Publika.az-a Lerik Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.Məlumatda bildirilib ki, ötən gün uşaq şöbəsinə yerləşdirilən Elcan mütəmadi həkim nəzarətindədir: “Ötən gün gətirilərkən bütün müayinələri aparılıb, daim həkim nəzarətində saxlanılıb. Uşağın səhhətində heç bir problem aşkarlanmayıb, vəziyyəti normaldır. Yəqin ki, 2 gün ərzində evə buraxılacaq”.
Qeyd edək ki, ötən gün Orand kəndində baş vermiş qar yığının evin üstünə düşməsi nəticəsində 4 nəfər- Mustafayeva Şövkət (1961-ci il), Mustafayeva İlahə (1995-ci il), Mustafayev Zəhra Qasım qızı (2015-ci il), Mustafayev Uğur Qasım oğlu (2016-cı il) dünyasını dəyişib. Onlarla bir otaqda olsa da, E.Mustafayev sağ qalıb.
Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTO