Hacıqabulda "Xocalı soyqırımı"nın iyirmi beşinci ildönümü qeyd olunur-FOTO
24-02-2017, 17:10
Oxunub: 2 419
“Xocalı faciəsi”
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevin 24 yanvar 2017-ci il tarixli 17 nömrəli sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən Hacıqabul rayon Mədəniyyət müəssisələrində də, Xocalı soyqrımına həsr olunmuş tədbirlər keçirilməkdədir.
24.02.2017-cil il tarixində Hacıqabul rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Elnur Əmiraslanov açaraq, mövzu ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat vermiş, Xocalı Şəhidlərinin ruhu bir dəqiqəlik sükutla anılmışdır. “Xocalı soyqırımını unutmayaq” adlı videoçarxın nümayişindən sonra Mərkəzi kitabxananın işçisi Aytəkin Mirzəyevanın “Buz tutmuş şəhid şəhərim” adlı şeiri əsasında hazırlanmış ədəbi-bədii kompazisiya keçirilmişdir.Kompazisiyada şəhərin Fariz Cəbrayılov adına 2 saylı, Natiq Ağayev adına 4 saylı, Allahverdi Dadaşov adına 5 saylı tam orta məktəblərinin şagirdləri iştirak etmişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər