BolgeXeber.Com » Xəbərlər » "Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq" - Novruz Məmmədov

"Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq" - Novruz Məmmədov

25-02-2017, 16:05
Oxunub: 1 735 "Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq" - Novruz Məmmədov“Soyqırımı bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır”

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “facebook” səhifəsində yazıb.

“Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırımı “qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə həmçinin onların faciəsidir. Bu soyqırımı damğasını erməni tarixi daim daşıyacaq”, - deyə N. Məmmədov qeyd edib.