BolgeXeber.Com » Xəbərlər » Heykəltaraş Xanlar Əhmədov “Azəravtoyol”un Müşfiqin heykəlini dağıtması haqda: “Bu, əsl vandalizmdir...” - FOTOLAR
Heykəltaraş Xanlar Əhmədov “Azəravtoyol”un Müşfiqin heykəlini dağıtması haqda: “Bu, əsl vandalizmdir...” - FOTOLAR
27-02-2017, 15:55
Oxunub: 7 895
X.Əhmədov bildirib ki, bu açıq-aşkar vandalizm aktı onları da hiddətləndirib
Bakıda görkəmli şair, gənc yaşında Stalin repressiyasının qurbanı olmuş Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC tərəfindən dağıdılması faktı ilə bağlı virtualaz.org Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, görkəmli heykəltaraş Xanlar Əhmədovla da əlaqə saxlayıb.
X.Əhmədov bildirib ki, bu açıq-aşkar vandalizm aktı onları da hiddətləndirib: “Nə Rəssamlar İttifaqı, nə Mədəniyyət Nazirliyi ilə məsləhətləşmədən, razılaşdırmadan heykəli dağıdıblar. Vandalizm əməlini biz başqa yerlərdə axtarırıq, amma bu törədilən əməl əsl vandalizmdir və vandalizm axtarmaq üçün başqa yerə getmək lazım deyil. Həmin heykəl bizim nüfuzlu qadın heykəltaraşımız, mərhum Münəvvər Rzayevanın ən layiqli əsərlərindən biri idi, kifayət qədər yaxşı vəziyyətdə qalmışdı və heç bir bərpaya-filana ehtiyacı yox idi”.
Müsahibimiz “Azəravtoyol” ASC-nin heykəlin guya dağıdılmadığı və həmin ərazidə aparılan yenidənqurma işlərindən sonra “qaytarılıb yerinə qoyulacağı” barədə mövqeyini də anlaşılmaz sayır. “Açıq-aşkar görünür ki, heykəltaraşın əsəri korlanıb, indi onu necə qaytarıb yerinə qoyacaqlar?”-o, sual edib.
* * *13:25
Mikayıl Müşfiqin dağıdılan heykəlininin müəllifi heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.
Virtualaz.org xatırladır ki, 1929-cu ildə anadan olan M. Rzayeva qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək 100-dək heykəl yaradıb. Bunların içərisində Sevil Qazıyevın borelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin heykəlini (qırmızı qranit, 1970), prof. Mehdixan Vəkilovun heykəli (2-ci Fəxri xiyabanda, 1976), Əlibala Şirinovun heykəli (2-ci Fəxri xiyabanda, 197.), Yeseninin heykəlini (1977), Ayna Sultanovanın heykəlini (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar.
Bundan başqa heykəltaraş Gəncədə Məhzəti Gəncəvinin (bürünc, 1983), Nigar Rəfibəylinin (bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Xızıda Mikayıl Müşfiqin (bürünc, 1989, F.Əliyevlə birgə) heykəllərini yaradıb.
Onun sonuncu işlərindən biri Azərbaycanın Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlükdəki "Heydər Zirvəsinə" bərkidilən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin tunc barelyefi olub. Heykəltəraş 2004-cu ildə Bakıda vəfat edib.
* * *13:13
“Statistika dairəsi”ndə Mikayıl Müşfiqin heykəlinin dağıdılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla yenidən əlaqə saxladıq. Az əvvəl heykəlin dağıdılmasından hiddətlənən və bununla bağlı virtualaz.org-u özü məlumatlandıran Zakir müəllim bu dəfə daha ehtiyatla danışdı.
“Heykəl dağıdılıbsa, onu necə bərpa etmək olar?” sualına cavab olaraq xidmət rəisi bunları dedi:
“Əlbəttə, heykəli bərpa etmək mümkündür. “Azəravtoyol” ASC-nin rəhbəri mənimlə əlaqə saxladı. O dedi ki, heykəl başqa yerdə qoyulacaq, yəni bərpa edəcəklər. Mən də elə sizin qədər bilirəm. Gördüklərim də sizdə var”, - deyə Z. Sultanov bildirdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər