Azərbaycan beynəlxalq təşkilatlarla hüquqi əməkdaşlığa böyük önəm verir
27-02-2017, 20:27
Oxunub: 2 278
Fevralın 27-də Bakıda Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a bildiriblər ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə Baş Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, institusional və cinayət təqibi tədbirləri haqqında ətraflı məlumat verib. O, korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu sahədə ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Avropa Şurasının ekspertləri Con Devit və Paul Zoubkov təqdimatla çıxış edərək hüquqpozmalarla əlaqədar məlumat vermə sahəsində imkanlar və çətinliklər, bu barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi yollarından danışıblar.
Tədbirdə hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilib, faydalı fikir mübadiləsi aparılıb.
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlığın daha da gücləndirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər