Polkovnik Xəlilov: “Düşmən 50-yə yaxın itki verib”
28-02-2017, 17:53
Oxunub: 2 131
"Ermənistan tərəfi aprel döyüşlərində olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Onlar öz məğlubiyyətlərini göstərməmək üçün bu məlumatları açıqlamır, ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”.
Bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Hərbi ekspert bildirib ki,düşmən son hadisələr zamanı 50-yə yaxın itki verib: "Düşmən bu barədə məlumat vermir. İtkilərin sayını gizli saxlayırlar. Ermənistan rəhbərliyi bununla xalqı aldatmağa cəhd göstərir. Düşmənin itkiləri bizdən qat-qat çoxdur”.
C.Xəlilov qeyd edib ki,Ermənistan rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirir:
"Cəbhədə şəhid olan hərbçilərin cəsədlərinin döyüş meydanından çıxarılması barədə əldə edilmiş razılaşmanın pozulması bunun daha bir əyani sübutudur. Ermənistan tərəfi, həmçinin münaqişənin nizamlanması üçün beynəlxalq təşkilatların irəli sürdükləri tələblərə də həmişəki kimi biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması,yeni şərtlər qoyulması beynəlxalq hüquq normalarına daban-dabana ziddir və erməni xislətindən irəli gəlir”. azvision.az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər