BolgeXeber.Com » Xəbərlər » Saleh Məmmədov vəzifədən azad olunacaq

Saleh Məmmədov vəzifədən azad olunacaq

28-02-2017, 18:46
Oxunub: 2 272 Saleh Məmmədov vəzifədən azad olunacaqAzərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin Bakıdakı büstü “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun əmri ilə aşırdılıb. Ölkə rəsmiləri və ziyalılar buna qarşı çıxıb, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun cəzalandırılmasını tələb ediblər

Artıq məsələyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qarışıb və onun cəzalandırılması ilə bağlı tapşırıq verib. Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın saatlara S.Məmmədovun vəzifədən uzaqlaşdırılması ilə bağlı sərəncam ola bilər

Məlumat üçün bildirək ki, S.Məmmədov bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunan Ziya Məmmədovun kadrı hesab olunurdu. Artıq iki gündür, Z.Məmmədova yaxın olan şəxslər və “ziyalılar” Saleh Məmmədovun bu barbar əməlinə haqq qazandırmağa çalışsalar da buna nail ola bilmədilər.