BolgeXeber.Com » Xəbərlər » Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib

Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib

3-03-2017, 13:39
Oxunub: 2 538 Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilibBu gün Suraxanı rayon Məhkəməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib

Məhkəmənin hökmü ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, elə məhkəmə zalındaca həbs olunub.
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.
Məsələ burasındadır ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu polisə böhtan atmada təqsirləndirərək, məhkəməyə vermişdi… (modern.az)