BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin Tərtər nümayəndəliyində seminar-müşavirə

Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin Tərtər nümayəndəliyində seminar-müşavirə

3-03-2017, 19:10
Oxunub: 3 844  Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin Tərtər nümayəndəliyində seminar-müşavirəBərdə Regional Mədəniyyət və Turizm idarəsinin Tərtər rayon nümayəndəliyi üzrə Mədəniyyət və Turizm işçilərinin seminar-müşavirəsi keçirildi

Seminar-müşavirənin gündəliyində görülmüş işlər və qarşıda duran vəzifələr, həmçinin, “Yazıçı F. Kərimzadənin anadan olmasının 80 illiyi”, “8 Mart Beynəlxalq Qadınlar Bayramı günü münasibəti ilə mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlərin təşkili”, “10 Mart –Milli Teatr Günü”, “21 Mart- Novruz bayramı ilə əlaqədar mədəniyyət müəssisələrində görüləcək işlər” və sair mövzular müzakirə olundu.

Regional İdarənin Tərtər rayon üzrə nümayəndəsi-baş məsləhətçi Gündüz Mürsəlov çıxış edərək ay ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş şəkildə çıxış etdi. Daha sonra fəaliyyətinə görə fərqlənən müəssisələrin işləri müzakirə olundu.

Seminar- müşavirənin sonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsindən və başqa təşkilatlardan daxil olan məktublarla əlaqədar görülmüş işlər barədə məlumat verildi.
Bolgexeber.com