BolgeXeber.Com » Xəbərlər » Bakıda 25 min manata xərçəng "sağaldan" dələduz həbs olundu

Bakıda 25 min manata xərçəng "sağaldan" dələduz həbs olundu

4-03-2017, 15:09
Oxunub: 2 137 Bakıda 25 min manata xərçəng "sağaldan" dələduz həbs olunduTibbi təhsili olmayan hansısa təbibin əsrin bəlası sayılan xərçəngi türkəçarə yolu ilə sağaldacağı qəribə görünsə də, belə “möcüzə”yə insanları inandırmaq əslində böyük məharət tələb edir

Hər yandan əli üzülən xəstə, çarəsiz insanlar özləri 58 yaşlı Sabir Əliyevi axtarıb tapır, yanına gəlir, kömək istəyir, möcüzə gözləyirlər. O isə tək xərçəngə yox, sonsuzluğa da “çarə” tapdığını bəyan edir, baş ağrılarından əziyyət çəkənləri təbii otlarla müalicə etdiyinə inandıra bilir.

Diqqət çəkən əsas məqamlardan biri xəstələrin hamısının eyni üsulla müalicə olunmasıdır: halvayabənzər kütlənin dərman şəklində qəbulu və butulkalardakı sarı maye...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən əslən Lerik rayonundan olan Sabir Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.