Bu gün ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsidir
7-03-2017, 09:45
Oxunub: 2 075
Bu gün ilaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsidir
Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır
İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.
İnsanlar yelin, yəni küləyin xoş və şirin təəsürratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür.
Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.
Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: "Yel əsməyincə yarpaq tərpənməz", "Yelin zarafatı qovmaqla başlanır", "Yelə verdiyin düşmənə qismət olar", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar","Yel bağlayanı el açar", "Yeldən aman diləməzlər", "Külək kimi hərdən bir yana əsmə", "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn, küləknən gedər"... İnanclara görə, "Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır", "Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı təmizləyir, yeniləyir, dəyişir". "Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur".
Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. İnancalara görə, əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər