BolgeXeber.Com » Xəbərlər » 8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunmuşdur-FOTO

8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunmuşdur-FOTO

7-03-2017, 15:38
Oxunub: 2 780 8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunmuşdur-FOTOAna Vətən Partiyasının Mərkəzi Aparatında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

AVP sədri Fəzail Ağamalı partiyanın qadın fəallarının bir qrupunu bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzulayıb.
F.Ağamalı vətəndaş cəmiyyətinin formalaşmasında qadınların əvəzsiz rolundan, respublikanın ictimai siyasi həyatındakı xüsusi çəkisindən, Azərbaycan qadınının müasir cəmiyyətdəki uğurlarından, dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib. Son illər partiyanın qadın üzvlərinin sürətlə çoxalmasının qadınların siyasətə marağının artması kimi dəyərləndirən Fəzail Ağamalı onların siyasi fəaiyyətinin artmasından məmnun olduğunu bildirib.
Tədbirin sonunda qadın fəallara bayram hədiyyələri təqdim olunub.
Bolgexeber.com
8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunmuşdur-FOTO