BolgeXeber.Com » Xəbərlər » Ukraynanın şərqində separatçıların daha bir komandiri məhv edilib

Ukraynanın şərqində separatçıların daha bir komandiri məhv edilib

8-03-2017, 13:29
Oxunub: 2 211 Ukraynanın şərqində separatçıların daha bir komandiri məhv edilibUkraynanın Luqansk vilayətində separatçı qüvvələrin “Plastun” ləqəbli komandiri məhv edilib

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı məsələlər üzrə nazir müavini Georgi Tuka məlumatı təsdiqləyib.

Məlumata görə, öldürülən şəxs Ukraynanın qondarma “Luqansk Xalq Respublikası” separatçı regionu ərazisində silahlı dəstəyə rəhbərlik edib. Onun 2014-cü ildə Luqans vilayətinin Xryaşevatoye qəsəbəsində yaralandığı bildirilir.

“Plastun”un ölümünü sosial şəbəkələrdə digər separatçılar da təsdiqləyib.

Qətlin təfərrüatları açıqlanmır.