BolgeXeber.Com » Xəbərlər » Ramin Quluzadə İmişli şəhərində vətəndaşların qəbulunu keçirib

Ramin Quluzadə İmişli şəhərində vətəndaşların qəbulunu keçirib

10-03-2017, 17:26
Oxunub: 12 624 Ramin Quluzadə İmişli şəhərində vətəndaşların qəbulunu keçiribNəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İmişli şəhərində vətəndaşların qəbulunu keçirib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və İmişli rayon icra başçısı cənab Vilyam Hacıyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dərin ehtiramlarını bildirmişdirlər.

Bu gün İmişli rayonu Heydər Əliyev Mərkəzində Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın, Xocavənd sakinləri ilə, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı görüş keçirmişdir.
Qəbuldan əvvəl Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və İmişli rayon icra başçısı cənab Vilyam Hacıyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dərin ehtiramlarını bildirmişdirlər.
Qəbulda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin şöbələri və yerli idarələrinin rəhbərləri də iştirak etmişdirlər.Onlar vətəndaşların problemləri ilə ətraflı tanış olmaq və araşdırmaq üçün,onlar haqqında qeydlər götürmüşdürlər. Nazir həlli mümkün olan məsələlərin həlli üçün yerindəcə tapşırıqlar vermişdir.
Bolgexeber.com
Ramin Quluzadə İmişli şəhərində vətəndaşların qəbulunu keçirib
Ramin Quluzadə İmişli şəhərində vətəndaşların qəbulunu keçirib