BolgeXeber.Com » Xəbərlər » Hüquq eksperti İsmayıl Zalov Siyavuş Novruzovun təklifini dəstəkləyir

Hüquq eksperti İsmayıl Zalov Siyavuş Novruzovun təklifini dəstəkləyir

11-03-2017, 09:51
Oxunub: 12 104 Hüquq eksperti  İsmayıl Zalov Siyavuş Novruzovun təklifini dəstəkləyir"Hər kəs-uşaq da,qadın da ,ağsaqqal da etikadan kənar bu statusları, yazıları görür"

Xəbər verdiyimiz kimi, deputat Siyavuş Novruzov Milli Məclisin dünən keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsinin zəruri olduğunu deyib. Bu isə bir çoxları tərəfindən birmənalı qarşılanmayıb.

Siyavuş Novruzovun Milli Məclisdəki səsləndirdiyi təklifə münasibət bildirən Femida H.T Hüquq Mərkəzinin idarə heyətinin sədri, tanınmış hüquq eksperti, psixoloq İsmayıl Zalov Bolgexeber.com-a açıqlamasında bildirib ki, deputatın bu fikrinə müsbət yanaşır.”Uşaqlar da internetə saytlara, sosial şəbəkələrə girib ürəkləri istədikləri rəylər, yorumlar yazırlar. Mən hüquq eksperti olaraq Siyavuş Novruzovu dəstəkləyib deyə bilərəm ki , şərh yazmaq şəxsiyyət vəsiqəsi ilə olsa daha yaxşı olar. Bu bir çox saxtakarlıqları,təhqirləri aradan qaldırar. Hər kəs-uşaq da,qadın da ,ağsaqqal da etikadan kənar bu statusları, yazıları görür. Bu düzgün deyil . Bu baxımdan bu mövzu ilə bağlı qərar qüvvəyə minsə yaxşı olar”,- deyə hüquq eksperti İsmayıl Zalov bildirdi.