BolgeXeber.Com » Xəbərlər » Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO

Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO

11-03-2017, 11:06
Oxunub: 3 794 Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon Mərkəzi kitabxana sisteminin uşaqlara xidmət şöbəsində klassik irsimizin görkəmli nümayəndələrindən biri Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Poeziya kəhkəşanımızın parlaq ulduzu” adlı ədəbi-bədii gecə keçirildi

Tədbiri giriş sözü ilə uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova açdı. O, tədbir iştirakçılarını salamladı. Sonra isə M.P.Vaqifin həyatı haqqında tədbir iştirakçılarına məlumat verərək söylədi: “Gözəl şeir öz təravətini heç bir zaman itirmir. Əsrlər keçir, nəsillər bir-birini əvəz edir, əsl sənət əsəri olan şerlər həmişə dodaqlarda səslənir, ürəklərə təsir edir, dillərdə əzbər olaraq yaşayır. M.P.Vaqif də öz təravətini əsrlərcə yaşadan klassik şerimizin ölməz nümunələrini yaratmış sənətkarlardan biridir.O, poeziya kəhkəşanımızın parlaq ulduzlarındandır. Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan bir sənətkardır. Ədəbi şəxsiyyət və realizmin banisidir. Milliliyin və xəlqiliyin təməldaşı və ədəbi şəxsiyyətlər sırasında məhz Vaqif hesab olunur”.
Ulu öndərimiz H.Əliyev ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycanın klassik şair və ədiblərinin ev muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görmüşdür

Şairin də ev muzeyi yaradılmış, qəbrinin üstündə məqbərəsi tikilmişdir. Hazırda onun məzarı ermənilərin işğalı altında olan Şuşa şəhərindədir. Biz torpaqlarımızı xilas edəcək və onların məzarını ziyarət edəcəyik.

Kitabxanaçı Səriyyə Məhərrəmova şairin yaradıcılığı haqqında geniş məlumat verdi. O, şairin şerlərinin ağızdan-ağıza bu günə gəlib çatdığını söylədi. Onun yardıcılığının əsas qolu olan qoşmalarından, təcnislərindən, qəzəllərindən və s. danışdı. Xalq şairi S.Vurğunun şairə həsr etdiyi”Vaif” əsəri ilə o, Vaqifə böyük bir heykəl qurduğunu qeyd etdi. Tədbirdə rayonun şairlərindən Telman Hüseynov və Qabil Əsəd də iştirak etdilər. Onlar da Vaqif yaradıcılığı haqqında öz ürək sözlərini söylədilər, öz şerlərini təqdim etdilər.

Şəhər 2 saylı kitabxana filialının müdiri Xədicə Məmmədova çıxış edərək o, da öz növbəsində Vaqif yaradıcılığının müyyən məqamlarından söhbət açdı. Şəhər 5 nömrəli məktəbin şagirdlərindən Əli Əliyev və Elməddin Əzizzadə S.Vurğunun “Vaqif”dramaından Vaqiflə Şah Qacarın, Xanlar Ağakişiyev və Rəhnumə Şirinova Vaqif və Xuramanın görüş səhnəsini təqdim etdilər. Məktəblilərdən Xavər, Aytac, Humay, Fatimə, Ceyran, Səidə, Ləman, Nurtac şairin şerlərini söylədilər.
Şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllimlərindən Müzəffər Şükürov sazda şairin qoşmalarından , Qəni Quliyev isə qəzəllərindən ibarət musiqilərlə çıxış etdilər. Musiqi məktəbinin şagirdi Mahir Balakişiyev də musiqi nömrəsi ilə çıxış etdi.

Tədbirdə M.P.Vaqif yaradıcılığına həsr edilmiş “Şerimizin fəxri” adı altında sərgi təşkil edilmişdi. Tədbiri keçirməkdə məqsəd klassik irsimizin nümayəndələrini gənc nəslə təqdim edərək yaddaşlarda qalmasında, gələcək nəslə çatdırılmasında bir kitabxanaçı olaraq daha da yaxından fəaliyyət göstərməkdən ibarətdir.
Bolgexeber.com
Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO
Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO
Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO
Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO
Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO
Bərdədə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olundu-FOTO