BolgeXeber.Com » Xəbərlər » Hadı Rəcəblinin oğlu dövlətdən 12 min manat yardım aldı-FOTO

Hadı Rəcəblinin oğlu dövlətdən 12 min manat yardım aldı-FOTO

11-03-2017, 16:53
Oxunub: 2 829 Hadı Rəcəblinin oğlu dövlətdən 12 min manat yardım aldı-FOTOXəbər verdiyimiz kimi QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üçün birinci qrant müsabiqəsinin nəticələrini açıqlayıb

Azərbaycan 24 xəbər verir ki, şuranın rəsmi saytında yer alan siyahıda hər zaman olduğu kimi bu dəfə də bir çox məmur və ictimai şəxslərin özləri və ya yaxınlarının adına olan təşkilatlara maliyyə ayrılması da öz əksini tapıb.

Siyahıda diqqət çəkən şəxslərdən biri millət vəkili Hadı Rəcəblinin oğludur. Qrant müsabiqəsinə əsasən Tural Rəcəblinin adına rəsmiləşdirilən "Azərbaycan Milli Avtomobil Klubu”na 12 min AZN vəsaitin ödənilməsinə qərar verilib.

Qeyd edək ki, adıçəkilən təşkilat Tural və Vüsal Rəcəbli qardaşları tərəfindən idarə olunur.
Hadı Rəcəblinin oğlu dövlətdən 12 min manat yardım aldı-FOTO