BolgeXeber.Com » Xəbərlər » Qalmaqallı direktor işdən çıxarıldı?

Qalmaqallı direktor işdən çıxarıldı?

13-03-2017, 16:11
Oxunub: 2 749 Qalmaqallı direktor işdən çıxarıldı?Bakının Binəqədi rayon ərazisində yerləşən Nizami Nərimanov adına 248 nömrəli məktəbin direktoru işdən çıxarılıb

Bu haqda Azxeber.com-a məktəbdən məlumat verilib.

Məlumata görə, Təhsil Nazirinin əmri ilə direktor Əsli Quliyeva işdən azad edilib.

Xatırladaq ki, bir həftə öncə mətbuatda direktor və məktəb haqda tənqidi material yayımlanmışdı.

AFN olaraq 248 saylı orta məktəbin rəsmi saytında göstərilən 561-45-83 saylı telefona zəng etdik. Bildirildi ki, Ə. Quliyeva işdən çıxarılmayıb:
"Amma direktor hazırda bülletendədir".