BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev 4 sərəncam imzaladı

İlham Əliyev 4 sərəncam imzaladı

13-03-2017, 19:43
Oxunub: 2 101 İlham Əliyev 4 sərəncam imzaladıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Novruz Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

18:40

İlham Əliyev T.S.Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Telman Salman oğlu Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin", - sərəncamda qeyd edilir.

***
İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Bayramov Oruc Sulu oğlu

Quliyev Aftandil Təvəkkül oğlu

Quliyev Sidqi Həsənalı oğlu.

***

İlham Əliyev Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Aslanov Orucqulu Dilavər oğlu

Cəfərova Kəmalə Sərvəz qızı

Dünyamalıyev Bəkir Bahadır oğlu

Əbilov Fazil Adil oğlu

Əliyev Əmirxan Mamaxan oğlu

Həşimov Teyyub Səfər oğlu

Hüseynov Vidadi Hüseyn oğlu

İlyasov Rafiq İsa oğlu

Qasımov Zahid Zakir oğlu

Məmmədquliyeva Raziyə Şəmsibala qızı

Məmmədov Şakir Bəgi oğlu

Mirzəyev Cəmaləddin Siracəddin oğlu

Nəsrullayev Cəlil Məhəmməd oğlu

Rzayeva Güllü Adıgözəl qızı

Səfərəliyev Əlxan Sərxan oğlu

Talverdiyev Valeh Misrixan oğlu.