BolgeXeber.Com » Xəbərlər » Polkovnik qardaşı Rövşənin ölümündən danışdı - "Bu fikri səsləndirənlər yəqin, öz ölüləri haqqında da...

Polkovnik qardaşı Rövşənin ölümündən danışdı - "Bu fikri səsləndirənlər yəqin, öz ölüləri haqqında da...

14-03-2017, 16:30
Oxunub: 2 025 Polkovnik qardaşı Rövşənin ölümündən danışdı - "Bu fikri səsləndirənlər yəqin, öz ölüləri haqqında da...Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev yayılan şayiələr və onun qəbirüstü abidəsi ilə bağlı danışıb

O, Unikal.org-a açıqlamsında bildirib ki, Rövşənin qəbirüstü abidəsi ilində qoyulacaq: "Bu işlə ağsaqqal dayım məşğuldur”.

Sinə daşının xaricdə hazırlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən N.Canıyev deyib ki, bunlar tamamilə yanlış fikirlərdir: "Hansı ağılsız buradan gedib Hindistanda və ya Banqladeşdə qəbir daşı düzəltdirər?Rövşənin qəbirüstü abidəsi Bakıda hazırlanıb”.

Mərhumun qardaşı Rövşənin ölməməsi ilə bağlı yayılan şayiələrlə bağlı bildirib ki, bunlar tamamilə cəfəng fikirlərdir: ”Bu fikri səsləndirənlər yəqin, öz ölüləri haqqında da belə danışırlar. Başqa nə deyə bilrəm?”.