BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Novruz bayramı qeyd olunub - FOTO

Hacıqabulda Novruz bayramı qeyd olunub - FOTO

14-03-2017, 18:38
Oxunub: 3 236 Hacıqabulda Novruz bayramı qeyd olunub - FOTONovruz bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

14.03.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı və Torpaq çərşənbəsi münasibəti ilə tədbir keçirildi.Əvvəlcə Mərkəzdə açılmış Novruz sərgisinə tamaşa edildi.Sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Mərkəzin direktoru həmçini qeyd etdi ki, ümummilli lider Heydər Əliyev hər il bayram günü İçərişəhərə gəzməyə çıxar, insanlarla bayramlaşar və onlarla yumurta döyüşdürərdi. Bu, siyasi hakimiyyətlə xalq arasında böyük bağlılığın nişanəsi idi. Ümummilli liderin siyasi kursunu davam etdirən, milli-mənəvi dəyərləri yaşadan ölkə başçısı İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, paytaxt küçələrində təşkil olunan bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır. Prezidentin bu addımı da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.
Sonra Mərkəzin Baş fond mühafizi Bahar Abasova çərşəmbələr və Novruz süfrəsi, Mərkəzin bələdçisi Nurlanə Muradova isə inanclar və adət-ənənələr barədə çıxış etdilər.Sonra Mərkəzin kurs üzvlərinin və məktəblilərin ifasında rəqslər,
şeirlər,haxışdalar səsləndirildi.

Bolgexeber.com
Hacıqabulda Novruz bayramı qeyd olunub - FOTO
Hacıqabulda Novruz bayramı qeyd olunub - FOTO
Hacıqabulda Novruz bayramı qeyd olunub - FOTO