BolgeXeber.Com » Xəbərlər » Tərtərli məktəbliləri Lənkəran-Masallı-Astara bölgəsində maraqlı ekskursiya gözləyir - FOTOLAR
Tərtərli məktəbliləri Lənkəran-Masallı-Astara bölgəsində maraqlı ekskursiya gözləyir - FOTOLAR
16-03-2017, 12:20
Oxunub: 2 199
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin müxtəlif bölgələrinin müasir həyatının, tarixinin, mədəni irsinin, adət-ənənələrinin, özünəməxsus xüsusiyyətlərinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir.
Bolgexeber.com xəbər verir ki, martın 16-da Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrup Lənkəran-Masallı-Astara marşrutu üzrə yola salınıb.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanı məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, kulinariyası, coğrafiyası olduğunu qeyd edərək, tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə edib və mənalı istirahət arzulayıb.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər