BolgeXeber.Com » Xəbərlər » Bərdə ağsaqqalları İcra Hakimiyyətinin təşkil etdiyi monitorinqə münasibət bildirdilər

Bərdə ağsaqqalları İcra Hakimiyyətinin təşkil etdiyi monitorinqə münasibət bildirdilər

17-03-2017, 17:16
Oxunub: 3 219 Bərdə ağsaqqalları İcra Hakimiyyətinin təşkil etdiyi monitorinqə münasibət bildirdilər"Gələcəkdə də belə hadisələr baş verərsə, rayonumuzun icra nümayəndəliyinin bu məsələləri diqqətdən kənarda qoymayacağına inanırıq."

Dünən saytımızda dərc olunan yazıda Bərdə rayonunda qanunsuz fəaliyyət göstərən "diş həkimlərinin" Bərdə RİH və digər əlaqədar qurumların birgə təşkil etdiyi monitorinq nəticəsində ifşa edildiklərini oxucularımızın nəzərinə çatdırmışdıq.
Bu addım təbii olaraq Bərdə sakinlərinin sevincinə səbəb olub. Onlar rayonun icra nümayəndələyinin və bu monitorinqdə əməyi keçən qurumların fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd ediblər.
Bərdə ağsaqqalarının da bu məsələyə münasibətini öyrənmək üçün Bolgexeber.com olaraq onlarla əlaqə saxladıq.
"Bərdə RİH-nin və digər aidiyyati qurumların təşkilatçılığı ilə keçirilən bu monitorinq təbii ki böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bu qəbildən olan işbazların iç üzünü açmağa kömək edir. Monitorinqdən sonra keçirilən müşavirə də buna sübutdur ki, Bərdə rayonunda fırıldaqçılığa qarşı ciddi mübarizə aparılır və sakinlərin həyatını təhlükəyə atan şəxslər aşkara çıxarılır. Gələcəkdə də belə hadisələr baş verərsə, rayonumuzun icra nümayəndəliyinin bu məsələləri diqqətdən kənarda qoymayacağına inanırıq."- deyə Bərdə rayon ağsaqqaları bildiriblər.