BolgeXeber.Com » Xəbərlər » "Unibank" özünü çətin duruma saldı və millətin basqısı ilə üz-üzə qaldı... - Bank çıxış yolu axtarır

"Unibank" özünü çətin duruma saldı və millətin basqısı ilə üz-üzə qaldı... - Bank çıxış yolu axtarır

24-03-2017, 16:16
Oxunub: 7 616 "Unibank" özünü çətin duruma saldı və millətin basqısı ilə üz-üzə qaldı... - Bank çıxış yolu axtarırÖtən gün "Facebook" sosial şəbəkəsində "Unibank"a qarşı total kampaniya aparılıb

"Qaynar"-ın verdiyi xəbərə görə, ötən gün səhər saatlarından etibarən "Unibank"ın rəsmi facebook hesabı yüzlərlə müştəri və izləyici tərəfindən 1* ilə qiymətləndirilib. Hər aşağı qıymətləndirmə bildiriş kimi istifadəçinin dostlarına da getdiyi üçün tezliklə bu aksiyaya çoxsaylı insanlar qoşulub və bankın səhifəsində çoxlu mənfi şərhlər yazılıb.

Nəticədə bir neçə saat ərzində "facebook" səhifəsinin reytinqi 3.6-dan 2.5-ə qədər enib. Neqativ kampaniyanın qarşısını almaq üçün bank dəyərləndirmə pəncərəsini bağlamaq qərarını verib.

Yazılan dəyərləndirmələr və şərhlərdən belə anlaşılırdı ki, "Unibank" şəhid ailəsini kredit borcuna görə məhkəməyə verib və buna görə kütləvi qınaq obyektinə çevrilib.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayında da oxşar məsələ gündəmə gəlmişdi və bank aprel döyüşlərində şəhid olmuş Rəşid Baxşəliyevin anasının kredit borcunu bağışlamışdı.

Ötən gün məlum aksiya zamanı da bir çoxları ictimai qınağın məhz şəhid Baxşəliyevin anasının kredit borcuna görə olduğunu zənn etdi, hətta "Unibank"ın ötən gün yaydığı xəbərdən özlərinin də belə anladığı məlum olur.

Amma apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu dəfə söhbət digər bir şəhid ailəsindən gedir və "Unibank"ın mərkəzi ofisi bundan xəbərsizdir.

Belə ki, "Unibank"ın Lənkəran filialı şəhid ailəsinin xahişini nəzərə almayaraq onu məhkəməyə verib.

Şəhid ailəsi tərəfindən mətbuata ünvanlanan şikayət məktubunda bildirilir ki, Masallı rayon Bambaşı kəndindən olan 1990-cı il təvəllüdlü gizir Məlikov Aqil Qismət oğlu 2016-cı il noyabrın 15-də cəbhənin Füzuli istiqamətində xidməti vəzifəsini yerinə yetirərəkən şəhid olub.

Şəhidin qardaşı 2016-ci ilin mart ayında Unibank "Lənkəran" filialından anasının müalicəsi üçün 24 ay müddətinə 5000 (Beş min) ABŞ dolları kredit götürüb. Hər ay vaxtinda ödəmə olunub.

2016-cı ildə aprel ayında ön cəbhədə gedən döyüşlər zamanı ana güclü stress, həyacan keçirərək, beyninə qansızmasından vəfat edib. Buna baxmayaraq banka kredit ödənişi davam edib .

Şəhidin qardaşı Məlikov Ədalət qeyd edir ki, dolların bahalaşması səbəbi ilə faizlər qalxmağa başlayıb. Amma yenə də vaxtında ödəniş edilib. "Lakin atam xəstə düşdüyündən artıq tək çalışan mənəm. "Unibank"ın Lənkəran filialına müraciət etdim ki, bir az mənə vaxt versin və aylıq ödəniş faizini mümkün qədər azaltsın. Bir ildə iki yasımız düşüb, həm anamı itirdim, həm də qardaşım qəhrəmancasına şəhid olub. Atam xəstədir, işləmir. Bütün yük üstümdədi. Evliyəm, övladım var, ailəni mən saxlayıram . Özüm də ali təhsilliyəm, Masallı rayonunda məktəbdə işləyirəm . Əmək haqqım cəmi 200 Azn-dir. Başqa yerdən gəlirim yoxdur. Lakin bank nəzərə almayaraq heç nə edə bilmərik deyib, məni məhkəyə verdi. Sizdən xahiş edirəm ki, şəhid ailəsinə köməklik edəsiniz", - deyə şəhid qardaşının məktubunda deyilir.

Əlbəttə, hüquqi baxımdan bank haqlıdır. Amma öz sosial layihələri ilə hər zaman diqqət çəkən, ölkənin ən böyük banklarından biri olan "Unibank"ın bu dəfə də öz mənəvi prinsiplərinə sadiq qalacağına ümid edirik. Hesab edirik ki, "Unibank"ın Lənkəran filialı mərkəzi ofisə borclunun şəhid ailəsindən oldğunu məlumat verməyib və nəticədə bankın nüfuzunu zərbə altında qoyub.

Unutmaq lazım deyil ki, devalvasiyadan sonra ən böyük zərbələrdən biri məhz banklara dəyib, onlara yüz milyonlarla ziyan dəyib, külli miqadarsda problemli kreditlər yaranıb. Bu pullar isə heç də bankların şəxsi vəsaiti deyil- ya banka əmanət yerləşdirən bizim kimi digər vətəndaşların (onların arasında da şəhid ailələri var), ya da digər mənbələrdən xarici valyuta ilə götürülən borclardır. Bankların zəifləməsi və çökməsi isə ölkə iqtisadiyyatını iflic edir və hər birimiz artıq bunu həyatımızda hiss edirik.

Konkret "Unibank"a gəldikdə isə hər zaman şəhid ailələrinə münasibətdə korrek davrandığı müşahidə olunub, bir çox hallarda hətta onların ailələrinin müraciətini gözləmədən borcları silinib. Belə qərarlar isə bəlli olduğu kimi filial və şöbələrdə deyil, mərkəzi ofisdə qəbul olunur. Bir çox hallarda onları məlumatlandırmaq lazımdır.

Yazımızı ötən gün "Unibank"ın yaydığı məlumatdan bu cümlələrlə bitirir və ümid edirik ki, bank yenə də doğru qərar qəbul edəcək.

"Biz ölkənin ən böyük banklarından biri kimi daim milli iqtisadiyyatımızın inkişafına, eləcə də hər bir vətəndaşımızın şəxsi, biznes planlarının reallaşmasına sərfəli məhsul və xidmətlərimizlə öz töhfəmizi verməkdə davam edirik. Biznesə dəstəyimizlə yanaşı, 25 ilə yaxın fəaliyyəti dövründə Unibank sosial layihələri ilə cəmiyyətimizə daha da faydalı olmağa çalışıb. Hər bir müştərisinə fərdi yanaşan bank olaraq, müştərilərimizin üzləşdikləri çətinliklərdə onların yanında olmağa, məhsul və xidmətlərimizdən istifadə zamanı müştərilərimiz üçün uyğun həll yolları təklif etməyə çallışmışıq.

Unibank şəhid ailələrinin borclarının silinməsində, həlak olan və itkin düşən neftçilərimizin borclarının bağışlanmasında və eləcə də bu istiqamətli hadisələrdə ilk qərar verən banklardan olub. Əksər hallarda bank bu kateqoriyaya aid müştərilərimizin ailələri tərəfindən müraciətlərin edilməsini gözləmədən belə, onların borcunu silib. Bu addımları hansısa təbliğat məqsədi ilə deyil, slrf mənəvi borcumuz olduğu üçün atmışıq. Bundan sonrakı fəaliyyətimizdə də Unibank olaraq bu addımlar bizim əsas prioritetlərimizdən olaraq qalacaq".
"Unibank" özünü çətin duruma saldı və millətin basqısı ilə üz-üzə qaldı... - Bank çıxış yolu axtarır
"Unibank" özünü çətin duruma saldı və millətin basqısı ilə üz-üzə qaldı... - Bank çıxış yolu axtarır
"Unibank" özünü çətin duruma saldı və millətin basqısı ilə üz-üzə qaldı... - Bank çıxış yolu axtarır