BolgeXeber.Com » Xəbərlər » “MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”

“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”

24-03-2017, 17:49
Oxunub: 5 095 “MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”Ekspert hesab edir ki, yerlərdə yoxlama funksiyasını yerinə yetirən hökumət strukturları öz işlərinə son dərəcə ciddi və diqqətli yanaşmalıdırlar

Dünən BakiPost.az saytının Azərbaycanda məşhur brendlərdən olan OVS mağazalar şəbəkəsində Ermənistan istehsalı olan hərbi uşaq paltarlarının satılması ilə bağlı tirajladığı xəbər cəmiyyətdə böyük etirazla qarşılanıb. Mağazanın səlahiyyətli şəxsləri xəbəri təkzib etməyə, sözügedən malların əslində Banqladeşdə istehsal olunduğunu sübut etməyə çalışsalar da, ortada fakt var: mağaza “Made in Armenia” yazılı hərbi paltarların ölkədə satışına şərait yaradıb.

OVS mağazalar şəbəkəsinin filiallarından birinin fəaliyyət göstərdiyi “Gənclik Mall” ticarət mərkəzinin marketinq meneceri Nuranə İsgəndərova məsələ ilə bağlı sayta açıqlamasında bildirib ki, bunun onlara aidiyyəti yoxdur: “Ticarət mərkəzi bir iaşə obyektidir. Biz bu obyektdə özümüzün müəyyən dükanlarını hər hansı brendə icarəyə veririk. Onlar da bizə nə satacaqlarını bildirirlər. Amma onların nə satdığı artıq markanın, yəni dükan sahiblərinin öz mövqeyidir. Biz onlara yalnız mallarını satmaq üçün ərazi ayırırıq. Onlar nə satırsa, düzü biz onlara qarışmırıq. Yəni bizim qaydaları pozmayana kimi onların satışına müdaxilə etmirik. Biz onların haradan mal gətirib satdıqlarına qarışmırıq. Buna onların özləri cavabdehdir”.

BakiPost.az-ın əməkdaşı məsələnin aktuallığını və əhalinin bu məsələyə həssaslığını nəzərə alaraq cəmiyyətdə tanınmış şəxslərin bəzilərinin mövqeyini öyrənib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı BakiPost.az-a açıqlamasında deyib ki, bu məsələdən sonra əməkdaşları həmin mağazalarda olublar. Lakin Ermənistan istehsalı olan paltarlara rast gəlməyiblər. QHT rəhbəri bu qənaətdədir ki, xəbər tirajlandıqdan sonra OVS mağazaları “Made in Armenia” yazılı bütün malları vitrinlərdən yığışdırıb: “Biz bu cür problemləri həmişə diqqətdə saxlayırıq. Belə bir problemlər olduğu zaman biz dərhal onun üstünə düşmüşük. Çalışmışıq ki, biz də öz payımızı verməklə o cür proseslərin qarşısının alınmasına nail olaq. Deyə bilərəm ki, buna nail ola bilmişik. Burada bizim məqsədimiz kimisə dara ağacından asmaq, cəzalandırmaq, kiminsə üzərinə getmək və ya onların haqlı və ya haqsız olduğunu göstərmək deyil. Biz Ermənistanla düşmən vəziyyətindəyik. Bir sıra məsələlər var ki, biz onların ümumi dialoq və ya yaxınlaşma prosesinə də qarşıyıq. Bu, ermənilərin maraqlarına cavab verir.

Hazırda vaxtı ilə Xocalı faciəsini törədən, sabiq müdafiə naziri Seyran Ohanyan müxalifətə keçib. O, maraqlı açıqlama verdi ki, Azərbaycanla Ermənistan arasında kompromis əldə olunmalı və iki ölkə cəmiyyəti arasında dialoq, xalq diplomatiyası tətbiq olunmalıdır. Yəni bu imkanlardan istifadə olunmalıdır. Bu da həmin formalardan biridir. Ermənilərin siyasətidir. Vaxtaşırı hansısa yollarla malların Azərbaycanda satılması buna xidmət edir. Bizim məqsədimizdə bu prosesin qarşısını almaqdır.

Sizə təşəkkür edirəm ki, ayıqlıq göstərərək bu məsələni mətbuata çıxardınız. Biz də dərhal reaksiya verdik. Əməkdaşlarımız “Gənclik Mall”dakı həmin mağazada oldular. Mağaza nümayəndələri və oranın baş meneceri özlərini müəyyən dərəcədə təlaşlı və təşvişli apardılar. Deyiblər ki, belə bir şey yoxdur. Yalandır. Amma bizim qənaətimiz odur ki, o malları dərhal yığışdırıblar. Bu da nəticədir ki, başa düşüb malları yığışdırıblar.

Televiziyada və mətbuatda əks tərəfi ittiham etməyə çalışıblar. Kimsə cəmiyyətdə ayıqlıq göstərib vətəndaş borcunu yerinə yetirərək bu məsələni ictimailəşdirib. İndi də onu günahkar çıxarmağa çalışırlar. Bu yanlış mövqedir. Yəqin ki məsələni ictimailəşdirəndə kifayət qədər sübutlar da var. Yenə deyirəm ki, bunu kiməsə qarşı divan tutmaq vasitəsi kimi istifadə etməməlidirlər. Səhvini başa düşüb bu malları yığışdırmalıdır. Başqalarına da dərs olmalıdır ki, bundan sonra bu cür hərəkətlərə yol verməsinlər”.
Üzeyir Cəfərov bildirib ki, paltarların Ermənistan istehsalı olması fakt və sübutlarla ortadadır. O, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən hərtərəfli və ciddi şəkildə araşdırma aparılmalı olduğunu, günahkar şəxslərin sərt şəkildə cəzalandırılmalı olduğunu düşünür: “Özü də bu ilk hal deyil ki, Azərbaycana, ümumilikdə türk dünyasına düşmən münasibət göstərən bir ölkədən hansısa mal ölkəmizə daxil olur və o rahat şəkildə satışa buraxılır.

Kimliyindən asılı olmayaraq, Ermənistan istehsalı olan heç bir mal və ya qida məhsulu Azərbaycana idxal olunmamalıdır. Bu haqda söhbət belə getməməlidir. Ötən aylarda da səhv eləmirəmsə, “Nutello” şokolad yağları ilə bağlı bir fakt var idi ki, o yağların üzərində İtaliya istehsalı olması göstərilsə də etiketin üzərində düşmən Ermənistan istehsalı sözləri açıq qeyd olunmuşdu. Sonradan bəzi pulgir və var-dövlət hərisləri bu məsələni ört-basdır etməyə cəhd göstərdilər. Amma məsələ tam aydın idi ki, bu işdə ölkəmizin maraqlarından çox, bəzi işbazlar və çoxlu pul əldə etməyi özlərinə həyat yolu seçən şəxslər üçün fərqi yoxmuş ki, bu qida məhsulu brend marka olsa da, o bizim insanların sağlamlığına ciddi zərər vura bilər.

İndi də dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarları ilə bağlı skandal faktlarla, sübutlarla ortalıqdadır, yenə bəziləri özlərini sığortalamaq üçün başlayıblar tamam başqa “nağıllar” danışmağa. İstənilən halda “OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır” ifadəsindən sonra guya bu malların Ermənistanda hərbi paltarlar kimi tikilməsi və onların Azərbaycanda satışa çıxarılması mümkün deyil fikirləri də, hesab edirəm ki, bəzi işbazların növbəti cinayət əməlinin üstünün açılması deməkdir. Bu məsələnin üstünə yəqin ki, bayramlardan sonra həm hüquq-mühafizə orqanları, həm də mətbuat ciddi şəkildə getməlidir”.

Ekspert hesab edir ki, yerlərdə yoxlama funksiyasını yerinə yetirən hökumət strukturları öz işlərinə son dərəcə ciddi və diqqətli yanaşmalıdırlar: “Bilmək olmaz, bir də gördün, günlərin bir günü Azərbaycan ərazisinə düşmən ölkədən elə bir “canlı və ya cansız bomba” daxil oldu ki, sonra onun fəsadlarını yığıb-yığışdırmaq milyonların hesabına da mümkün olmayacaq. Bu, düşmən ölkədir. Onun bəzi qurumları gecə-gündüz çalışırlar ki, nə yolla olursa-olsun Azərbaycanla bağlı nə varsa, ona maddi və ya mənəvi ziyan vursunlar. Ermənistan adlı bir teror dövləti də öz mallarını əgər ölkəmizin ərazisinə soxuşdurmağı bacarıbsa, bu onların bacarığı deyil. Bizim pula görə öz həyatımızı ciddi təhlükəyə atmağımız anlamına gəlməlidir. Hörmətli gömrükçülər, sərhədçilər, səhiyyə işçiləri və adını sadalamadığım onlarla dövlət və hökumət nümayəndələrimiz, ayıq-sayıq olun. Sabah Azərbaycan vətəndaşlarına qarşı baş verə bilcək təhlükələrin, faciələrin qarşısını almaq sonra gec ola bilər”.
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”
“MADE İN ARMENİA” BAKIYA NECƏ YOL TAPIB? – “Həmin malları dərhal yığışdırıblar”