BolgeXeber.Com » Xəbərlər » Bərdənin Kukla “Xalq” teatrının kollektivi Bakıda çıxış edərək xoş anlar yaşatdı

Bərdənin Kukla “Xalq” teatrının kollektivi Bakıda çıxış edərək xoş anlar yaşatdı

29-03-2017, 19:14
Oxunub: 2 552 Bərdənin Kukla “Xalq” teatrının kollektivi Bakıda çıxış edərək xoş anlar yaşatdı23 mart 2017-ci il tarixdə Bakı şəhəri Sabir bağında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan Novruz bayramı şənliyində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyi də iştirak etdi

Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan şəhər yaradıcılıq evində fəaliyyət göstərən Kukla “Xalq” teatrının kollektivi əhalinin qarşısında çıxış edərək xoş anlar yaşatdı. Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” Eldəniz Mustafayev səhnəyə çıxaraq Bakı sakinlərini və şəhərə gələn turistləri salamladı. Bayram təbriklərindən sonra Eldəniz Mustafayev Cabir Novruzun “Sevin Azərbaycanı” adlı şeirini söylədi. Şeir turistlər və yerli sakinlər tərəfindən çox böyük rəğbətlə və alqışlarla qarşılandı. Daha sonra söz Kukla “Xalq” teatrının kollektivinə verildi. Teatrın rəhbəri şəhər Yaradıcılıq evinin direktoru Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” Zöhrə Adgözəlova bayram təbriklərindən sonra Rəhman Əlizadənin ssenarisi əsasında və Zöhrə Adgözəlovanın rejissor olduğu “Tülkünün uçuşu” adlı tamaşadan məlumat verərək izləməyə dəvət etdi. Tamaşa sürəkli alqışlarla qarşılandı.
Bolgexeber.com