BolgeXeber.Com » Xəbərlər » Yardımlıda illərdir inkişaf tempi qorunub saxlanılır

Yardımlıda illərdir inkişaf tempi qorunub saxlanılır

30-03-2017, 11:34
Oxunub: 3 000 Yardımlıda illərdir inkişaf tempi qorunub saxlanılırÖlkəmizdə vüsət alan tərəqqiyönlü proseslərdən Yardımlı rayonuna da əhəmiyyətli pay düşmüşdür

Ötən il və bu ilin 5 ayı ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri və eyni zamanda digər infrastruktur layihələri daha da sürətlə həyata keçirilmişdir.
Yardımlı rayonunun tərəqqipərvər sakinləri prezidentin rayona göstərdiyi qayğını yüksək qiymətləndirirlər. Bu qayğılı münasibəti Yardımlı vətəndaşlarına ötürmək vəzifəsinin öhdəsindən layiqincə gələn Ayaz Əsgərovun başçılıq etdiyi Rayon İcra Hakimiyyəti hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, ilk növbədə, müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirilir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq RİH-də qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır.
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin qeydiyyata alınması üçün tədbirlər həyata keçirilir. Yardımlı rayon Maliyyə İdarəsi tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada qeydiyyata götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.
Yardımlı rayonunda illərdən bəri qorunub saxlanmış inkişaf tempinin sakinlərdə hansı təəssüratları yaratdığını bilmək üçün Bolgexeber.com əməkdaşları Məlikli, Musa, Şəfəqli, Gərsava və Deman kəndlərinə ezam olunub.
Müsahibələrdən də bəlli olur ki, Yardımlı sakinləri icra nümayəndəliyinin fəaliyyətindən tam razıdır: "Sakinlərin ən çox istədiyi nədir, hansısa problemi olanda İcra Hakimiyyətində onu qəbul eləsinlər, şikayətini dinləsinlər. Bizim rayonumuzda o yöndən ciddi bir problem yoxdur. Səyyar görüşlərdə, qəbul günlərində Ayaz Əsgərova problemimizi deyirik, o da sağolsun, dinləyir, lazım olan qurumlara tapşırıq verir. Hər il yeni iş yerləri açılır, cavanlar bekar gəzmək yerinə, gedib işləyib pul qazanırlar. Sahibkarlar üçün lazım olan münbit şərait yaradılır. Əkin-biçinlə məşğul olanlar rahatlıqla öz işlərini görürlər. Məhsul yetişəndə, aparırlar satmağa. Öz dolanışıqlarını təmin eliyirlər.
Göstərdiyi diqqət və qayğıya görə cənab prezidentə və bu diqqətin sakinlərə ötürülməsində əsas rolu olan Ayaz Əsgərova təşəkkür edirik."- deyə sakinlər bildiriblər.

Qeyd edək ki dünən Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov Kürəkçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.
Görüşdə həmçinin hüquq-mühafizə orqanları, idarə müəsissə və təşkilat rəhbərləri və KİV-nin nümayəndələri iştirak edib. İcra başçısı rayonda gedən sosial-iqtisadi inkişafdan və prezident İlham Əliyevin regionlara göstərdiyi qayğıdan söhbət açıb.
Görüş müddətində İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələlər müzakirə edilmiş, onların həll olunması istiqamətində lazımi qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Bolgexeber.com