BolgeXeber.Com » Xəbərlər » Bərdədə soyqırımla bağlı “Al qana boyanmış bahar günləri” adlı tədbir-FOTO

Bərdədə soyqırımla bağlı “Al qana boyanmış bahar günləri” adlı tədbir-FOTO

31-03-2017, 13:33
Oxunub: 2 909 Bərdədə soyqırımla bağlı “Al qana boyanmış bahar günləri” adlı tədbir-FOTO Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan nümayəndəliklərlə birlikdə 31 Mart- Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Al qana boyanmış bahar günləri” adlı tədbir təşkil etdi

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan müəssisələrlə birlikdə 31 Mart- Azərbaycanlıların soyqırımı gününü silsilə tədbirlərlə anır. Bu tədbirlərdən biri 30 mart tarixində Bərdə rayon Heydər Əliyev Mərkəzində baş tutdu. Regional İdarə və idarənin tabeliyində olan nümayəndəliklərin iştirakı ilə təşkil olunan tədbirdə öncə soqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra soyqırım şahidlərinin iştirakı ilə çəkilmiş sənədli film nümayiş etdirildi. Sənədli filmin nümayişindən sonra tədbirdə çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov həmin tarixi dövrdə baş verən siyasi hadisələrdən söz açaraq bunun Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən məqsədyönlü siyasi hadisə adlandırdı. Hikmət Heydərov onu da vurğuladı ki, : -“ Biz bu gün bu tarixi keçmişimizi həm gənc nəsillərə həm də dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan bütün gücümüzlə çalışmalıyıq”.

Tədbirdə çıxış edən Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Səriyyə Məhərrəmova Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli Fərmanından söz açaraq Ümummilli lider Heydər Əliyevin bu hadisələrə siyasi qiymət verməsini və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasına ilk dəfə rəsmi surətdə bəyanət verməsini diqqətə çatdırdı. O həmçinin qeyd etdi ki, : -“ Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətlə ərazi bütövlüyümüzün və suverenliyimizin tezliklə bərpa olunacaq, soyqırımı həyata keçirənlər, xalqlar arasında nifaq və düşmənçilik salanlar yaxın vaxtlarda ifşa olunacaq”.

Daha sonra çıxış edən Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova erməni quldur dəstələrinin 1918 –ci ilin mart- aprel aylarında Bakıda, Şamaxı, Quba, Muğan, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmələrindən, həmçinin, yüz minlərlə insanın torpaqlarından didərgin düşməsindən bəhs etdi.

Sonda şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin hazırladığı “Azərbaycan deyəndə” adlı kompozisiya təqdim olundu.
Bolgexeber.com