BolgeXeber.Com » Xəbərlər » Güllələnən şəxs məktəb direktoru çıxdı - Yevlaxdakı qətlin təfərrüatı

Güllələnən şəxs məktəb direktoru çıxdı - Yevlaxdakı qətlin təfərrüatı

31-03-2017, 13:47
Oxunub: 2 110 Güllələnən şəxs məktəb direktoru çıxdı - Yevlaxdakı qətlin təfərrüatıMartın 30-da Yevlax rayonunda odlu silah ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub


Güllələnərək öldürülən Tağı Qurbanov Hacıselli kənd orta məktəbinin direktoru olub.

Hadisə o, işdən çıxıb evə gedən zaman baş verib. Azaq Musayev adlı şəxs aralarında yaranmış mübahisə zəminində həmkəndlisinə "İJ" markalı ov tüfəngindən atəş açıb. Müxtəlif bədən xəsarətləri alan T.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Məlumata görə, mərhum uzun illər kənd məktəbinə rəhbərlik edib, şagirdlər, valideynlər ondan razı olublar. Yevlax Rrayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törədən şəxs saxlanılıb, onun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.