BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda 1918-ci ildə erməni-daşnaklarına qarşı döyüşdə şəhid olmuş əsgərlərin xatirəsinə abidə ucalıb-FOTO
Hacıqabulda 1918-ci ildə erməni-daşnaklarına qarşı döyüşdə şəhid olmuş əsgərlərin xatirəsinə abidə ucalıb-FOTO
3-04-2017, 14:11
Oxunub: 2 899
Qubalıbalaoğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə şəhid olmuş Türk və Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidənin açılışı oldu
Bolgexeber.com xəbər verir ki, 31.03.2017-ci il tarixində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci ilin mart qırğınları zamanı Hacıqabul rayonunda şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin məzarlarını ziyarət edib.
Səfir Erkan Özoral Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına qatılıb. Mərasimdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidənin önündə Türkiyə və Azərbaycan dövlətinin bayraqları qaldırılıb.
Qubalıbalaoğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri - qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. Bir müddət əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, məzarlar abadlaşdırılaraq yenilənib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər