BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayonunda “Pilot Regional İnkişaf Proqramı” ilə bağlı seminar keçirilib-FOTO
Hacıqabul rayonunda “Pilot Regional İnkişaf Proqramı” ilə bağlı seminar keçirilib-FOTO
5-04-2017, 18:35
Oxunub: 2 326
Diaqnostik mərhələnin başa çatmasından sonra regional strategiyanın hazırlanmasında növbəti addım regionun inkişafına dair məqsədlər və gözlənilən nəticələr, həmçinin planlaşdırılan fəaliyyətlər və zəruri xərclər özündə əks etdirən İcra Planı hazırlanacaqdır
Avropa ittifaqı Azərbaycan da daxil olmaqla 5 Şərq Tərəfdaşlığı Ölkəsində inkişaf siyasətinin həyata keçirilməsinə dəstək olaraq Pilot Regional İnkişaf proqramını həyata keçirir.2016-cı ilin aprel ayında Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə “Pilot Regional İnkişaf Proqramı”nın icrasına başlanmışdır.Layihənin məqsədi Azərbaycanda regional inkişafa dəstək vermək, ölkədə iqtisadi, sosial və ərazi vəhdətliyini artırmaq, həmçinin bölgələr arasındakı fərqliliklərin azalmasına yönələn regional planın hazırlanması və həyata keçirilməsi sahəsində nazirliyin potensialını artırmaqdır.
Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində 4-5 aprel 2017-ci il tarixində “Pilot Regional İnkişaf Proqramı” ilə bağlı 2 günlük seminar keçirildi.Bu seminar İqtisadiyyat Nazirliyinin əməkdaşlarının moderatorluğu ilə keçirildi.Seminarda rayonun İcra Hakimiyyətinin, bütün idarə və təşkilatlarının nümayəndələri iştirak etdi.Bu seminarda rayonun bütün maraqlı tərəflərinin iştirakı ilə müzakirələr təşkil olundu, rayonun iqtisadi-sosial problemləri aşkar olundu, həmçinin rayonun sosial-iqtisadi inkişaf potensialı müəyyənləşdirildi.
Diaqnostik mərhələnin başa çatmasından sonra regional strategiyanın hazırlanmasında növbəti addım regionun inkişafına dair məqsədlər və gözlənilən nəticələr, həmçinin planlaşdırılan fəaliyyətlər və zəruri xərclər özündə əks etdirən İcra Planı hazırlanacaqdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes