BolgeXeber.Com » Xəbərlər » Xanhüseyn Kazımlının oğlu məhkəməyə verildi

Xanhüseyn Kazımlının oğlu məhkəməyə verildi

6-04-2017, 13:44
Oxunub: 3 113 Xanhüseyn Kazımlının oğlu məhkəməyə verildiTürkiyənin Azərbaycanda fəaliyyət göstərən "Öz-AK" Tarım Gıda və Turizm Sənayesi və Ticarət Anonim Şirkəti Azərbaycanın millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlıya qarşı məhkəmə iddiası qaldırıb

Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, eyni tələblə S.Kazımlı da şirkətə qarşı iddia irəli sürüb. Hər iki tərəf dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Yasamal Rayon Məhkəməsində baxılan şikayət üzrə verilən qərarla iddia təmin tədbiri təmin edilib. Lakin bu qərar tərəflərin heç birini razı salmayıb. Onlar apellyasiya şikayəti veriblər. İş icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.