BolgeXeber.Com » Xəbərlər » “APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda görüş keçirildi-FOTOLAR

“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda görüş keçirildi-FOTOLAR

6-04-2017, 21:17
Oxunub: 3 359 “APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLARAzərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edilikdən sonra, Azərbaycanın dövlət himni səslənərək tədbir vətənpərvərlik mövzusunda davam etdi

Bolgexeber.com bildirir ki,bu gün 6 aprel 2017-ci il tarixində, Bakı şəhər Təhsil İdarəsinin, Suraxanı rayonu, Şəhid Aslan Muradov adına 84 saylı tam orta məktəbin təşəbbüsü ilə, müharibə vetranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə “APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda görüş keçirildi. Tədbirdə tanınmış ictimai təşkilatların nümayəndələrindən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Qarabağ müharibəsinin qazisi ehtiyatda olan keçmiş kəşfiyatçı kapitan Anar Məmmədov, 84 saylı tam orta məktəbin drektoru Nəsib Quliyev, Məktəbin Hərbi rəhbəri Qarabağ müharibəsinin veteranı ehtiyatda olan mayor Zöhrab Muradov və bir qurup məktəbin müəllimi və şahirdlər iştirak etdilər.

Tədbiri aparan Məktəbin Hərbi rəhbəri Zöhrab Muradov ilk öncə tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, tədbir iştirakçılarını Azərbaycan Respublikasnın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda, eləcədə 2016-cı il aprel döyüşlərində şəhid olmuşların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edilikdən sonra, Azərbaycanın dövlət himni səslənərək tədbir vətənpərvərlik mövzusunda davam etdi.

Daha sonra tədbirdə Qarabağ müharibəsi veteran qonaqları Qarabağ müharibəsindən, müstəqilliyimizin neçə qanlar bahasına qazanıldığından, işğal olunmuş Qarabağ torpaqlarının tezliklə azad edilib gələcək nəsilə qalmaması üçün mübarizə aparılmasından və milli qəhramanlarımızın göstərdiyi qəhramanlıqlardan ətraflı danışaraq şagirdlərə öz tövsiyələrini çatdırdı. Daha sonra, tədbirdə iştirak edən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından, quruculuğundan və ordumuz haqqında xoş və qürururlu sözlərlə şagirdlərə ətraflı məlumat verərək qeyd etdi ki, Aprel döyüşləri Qarabağda Böyük Qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində, qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri, NATO standartlarına uyğun formalaşmış və Cənubi Qafqaz ölkələri içərisində ən güclü və qüvvətli ordu olmuşdur. Artıq Azərbaycanın ordusu 1992-1993-cü illərdəki ordu deyil.

Silahlı Qüvələrimizin maddi–texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi–psixoloji durumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görüldü. Hazırda, Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyətləri beynəlxalq ölkələrin sülhməramlı tədbirlərində yaxından iştirak edib öz missiyalarını yerinə yetirərək antiteror koalisiyalarında yaxından iştirak edirlər. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını uca edərək, hərbi hazırlığımızın yüksək səviyyəsini nümayiş etdirmişdirlər. Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil, onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Əgər birinci Qarabağ müharibəsində Azərbaycan ordusunda azsaylı hərbçi mütəxəssislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir. Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz - keçmiş Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın erməni işğalçılarından təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gələcək nəsilə saxlamamalıyıq!
“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLAR
“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLAR
“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLAR
“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLAR
“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLAR
“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLAR
“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda  görüş keçirildi-FOTOLAR