BolgeXeber.Com » Xəbərlər » Bakının mərkəzindəki bu qanunsuzluğa hər kəs göz yumur - VİDEO

Bakının mərkəzindəki bu qanunsuzluğa hər kəs göz yumur - VİDEO

7-04-2017, 11:19
Oxunub: 2 504 Bakının mərkəzindəki bu qanunsuzluğa hər kəs göz yumur - VİDEOBakının mərkəzində - Nizami küçəsində bir neçə aydır ki, asılan plakatda Azərbaycan dili təhrif olunur

AZXEBER.COM-un məlumatına görə, Nizami küçəsində asılan plakatda yazılır: "Tarqovunun abu-havasını dəyişməyə gəlirik".

Maraqlıdır ki, bu reklam bir neçə aydır həmin ərazidə olsa da, əlaqədar qurumlar orforqafik səhvlərlə bağlı heç bir tədbir görməyib və reklama icazə verib.

İlk olaraq qeyd edək ki, həmin ərazi xalq arasında "Tarqovı" adlansa da, əsl adı Nizami küçəsidir və rəsmi yazışmalarda bu cür qeyd olunmalıdır.

Bundan başqa Azərbaycan dilində "abu-hava" sözü yoxdur, ab-hava sözü var.

Görəsən, Bakı Şəhər İcra Hakimiyyəti, reklam idarəsi nəyə görə bu qanun pozuntusuna göz yumur?

Həmin ərazidən videonu təqdim edirik: