146 saylı məktəbdə şagird müəlliminin gözü qarşısında bıçaqlanıb - TƏFƏRRÜAT
7-04-2017, 15:30
Oxunub: 3 003
Bakının Suraxanı rayonunda 146 nömrəli orta məktəbdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub
Orta məktəbdən Trend-ə verilən məlumata görə, hadisə aprelin 3-də məktəbin hərbi hazırlıq dərsi zamanı baş verib: "Hadisə hərbi hazırlıq müəllimi Ramiz Şahmurovun gözü qarşısında baş verib. 1989-cu il təvəllüdlü Nizami Kərimov orta məktəbə gəlib və məktəbin 10-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Rəşad Novruzovla mübahisə edib. Mübahisə R.Novruzovun sinif yoldaşı olan qız üstündə baş verib. Məktəbə gələn N.Kərimov həmin qızı sevirmiş. Qızın sinif yoldaşı R.Novruzovla mübahisə edən N.Kərimov sonda özü ilə gətirdiyi bıçaqla ona xəsarət yetirib. Nəticədə R.Novruzov bud nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib".
Hadisə nəticəsində xəsarət alan R.Novruzovun hazırda səhhəti normaldır və o, bu gün xəstəxanadan evə buraxılıb.
Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən N.Kərimov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb. Hadisə ilə bağlı məktəbin rəhbər işçiləri və şahidlər dindirilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes