BolgeXeber.Com » Xəbərlər » Jurnalist nazirə müraciət etdi: “Başımın üstündən 5-6 min pulunu alıb cümlə qura bilməyənləri universitetə cəlb etdilər”
Jurnalist nazirə müraciət etdi: “Başımın üstündən 5-6 min pulunu alıb cümlə qura bilməyənləri universitetə cəlb etdilər”
10-04-2017, 19:20
Oxunub: 2 173
Axı elm yolunu və ya illərimi sərf edib, öyrəndiyim bir dili tətbiq edib, daha da inkişaf etdirmək üçün bundan başqa nə etməliyəm?
Sherg.az saytının redaktoru Ayyət Əhməd təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Müraciətində jurnalist elm yolunda irəliləməsinə yaradılan əngəllərdən, pedaqoji fəaliyyətini davam etdirmək üçün şərait yaradılmamasından, məsələlərin rüşvət üzərindən həll edildiyinə diqqət çəkib.
PressClub.Az jurnalistin müraciətini olduğu kimi təqdim edir:
“Elmi yolum magistratura pilləsi ilə sona çatdı…Heç bir ali təhsil müəssəsi, konkret olaraq Azərbaycan Dillər Universiteti, Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Univesiteti və İdman Akademiyası üzümə qapı açmadılar… Halbuki dəfələrlə Səməd Seyidovun dövründə onun, eyni zamanda xələflərinin, APİ və İdman Akademiyası rektorlarının qəbulunda oldum.. Dil səviyyəmi ekspertlərinə yoxlatdırdılar və gözümün qabağında da müsbət RƏY verdilər… “Gedin sənədlərinizi Kadrlar Şöbəsinə təqdim edin, növbəti dərs ilində dəvət edəcəklər” deyib sevindirib yola saldılar… Hələ də gözləyirəm… Sonradan dəfələrlə həmin ali təhsil müəssəsinə baş çəksəm də “Yer yoxdur, dərs saatı yoxdur.. ştat yoxdur” deyib əli boş yola saldılar.
Amma başımın üstündən 5-6 min pulunu alıb, fransız dilində cümlə qura bilməyənləri universitetə cəlb etdilər… Axı elm yolunu və ya illərimi sərf edib, öyrəndiyim bir dili tətbiq edib, daha da inkişaf etdirmək üçün bundan başqa nə etməliyəm? 2 ildir magistraturanı bitirmişəm.. Baxıram ki, fransız dilimi itirirəm… Hər ötən gün bir amil, detal passiv beynə keçir… Elə feysbuk vasitəsilə Təhsil naziri Mikayıl Cabbarova müraciət edirəm…Cənab nazir, şam işığında oxuyub, bir qəpik belə olsun rüşvət vermədən magistratura pilləsini qazanmış və ixtisasına mükəmməl şəkildə yiyələnmiş bir gənc iş tapa bilmirsə, gənclərin qarşısnda bu cür maneələr varsa, gənclər elmə necə və hansı yolla gələ bilər? Mövcud durum elm yolunu davam etdirmək istəyən gəncləri rüşvətə məcburetmədir…
P.S Həqiqi sözümdü, bu məsələ ilə bağlı ölkənin Birinci -vitse Prezidenti , Respubikamızın birinci xanımı Mehriban xanım Əliyevaya məktubla müraciət edəcəm….Elmi yolumu davam etdirmək istəyirəm… Amma universitetlər qapı açmır…Səbəb isə rüşvət vermirəm…”.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər