BolgeXeber.Com » Xəbərlər » "“Çudo-Peçka” pullarımızı vermir" – İşçilər etiraz edir

"“Çudo-Peçka” pullarımızı vermir" – İşçilər etiraz edir

11-04-2017, 09:27
Oxunub: 2 049 "“Çudo-Peçka” pullarımızı vermir" – İşçilər etiraz edir"700 nəfərdən artıq işçi 8 aydır maaşlarını ala bilmir”

Bu fikirləri Unikal.org-a vaxtilə Çudo-Peçka-da çalışan İmran Rzayev deyib. O, qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət ediblər, lakin onların şikayətlərinə baxan yoxdur. İ.Rzayevin sözlərinə görə "Çudo-Peçka”da onları heç kim qəbul etmir.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda şirkət rəhbərinin müflis olması və bütün mağazaların bağlanması ilə bağlı xəbərlər yayılmışdı.